Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın hava proqnozu

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-39 isti, dağlarda gecə 13-18 isti, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

17 İyul 2021 19:23 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə