Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin ilk yarısında Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

2021-ci ilin 6 ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələnin tədqiqatı bürosu” tərəfindən 6404 təkan qeydə alınıb.

"Xalq qəzeti" xəbər verir ki, bu, Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb. Qeyd olunub ki, onlardan 2413-ü yerli, 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub.

Bununla yanaşı, tək stansiya tərəfindən zəif 4000 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıtda hiss olunub.

17 İyul 2021 21:15 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə