Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin 6 ayında Azərbaycanda seysmik aktiv olan ərazilər açıqlanıb

Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36 olub.

"Xalq qəzeti" xəbər verir ki, bu, Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb. Hesabatda vurğulanıb ki, qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vukanda püskürmənin hündürlüyü 500 metrə çatıb.

2021-ci ilin I yarısında Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olub. Ağstafa və Şahbuz ərazilərində də seysmikliyin yüksək olması müşahidə olunub. Kiçik Qafqazda, Xəzər dənizində, İran və Türkiyə sərhədində isə seysmiklik zəif olub.

17 İyul 2021 21:54 - EKOLOGİYA
EKOLOGİYA
25 Sentyabr 2021 | 18:18
Sabahın HAVA PROQNOZU
21 Sentyabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
20 Sentyabr 2021 | 18:16
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə