Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı metrosu üçün istehsal olunan dörd qatar Bakıya çatdırılıb

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılıb.

 "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir. Qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, tənzimləmə və sınaq işləri aparılacaq və sonra istismara veriləcək.

Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq.

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni"ndə 280 qatar mövcuddur.

17 İyul 2021 12:03 - TEXNİKA
TEXNİKA
8 Sentyabr 2021 | 11:47
NRYTN təqaüd proqramı elan edir

Köhnə versiyamızdan xəbərləri izlə