Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİİ 9 Noyabr - Dövlət Bayrağı Gününü Cocuq Mərcanlıda qeyd edəcək

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələri 9 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edəcək.   Bu barədə institutdan məlumat verilib.

Səfər zamanı Cocuq Mərcanlı kənd orta məktəbi, Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi, “Aprel şəhidləri xatirəsinə ucaldılmış abidə-kompleksi” ziyarət ediləcək və ərazidə inşa olunmuş mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçiriləcək.

Səfərin təşkilində əsas məqsəd tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi,  onların milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanmasıdır.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfələr vermək üçün tədbirlər silsiləsini davam etdirir.

 

“Xalq qəzeti”

6 Noyabr 2018 17:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə