Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Danimarkada son sutka ərzində koronavirusa yoluxanların 80 faizi “delta” ştamının daşıyıcısıdır

Danimarkada son sutka ərzində koronavirusa yoluxan 1200 nəfərdən təxminən 80 faizi “delta” ştamının daşıyıcısıdır.

Bu barədə Danimarka Dövlət Peyvənd İnstitutu və ölkənin yoluxucu xəstəliklərlə mübarizə agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, COVID-19 virusunun bu mutasiyası artıq krallıqda tamamilə dominant vəziyyət alıb. Orijinal “alfa” variantından təxminən iki dəfə daha çox yoluxucu olan “delta” ştamı ölkədə peyvənd edilməmiş və aktiv həyat tərzi yaşayan gənclər arasında yayılmaqdadır. Son həftə koronavirusa yoluxanların 48,2 faizi 20-29 yaş arası gənclər təşkil edib.

16 İyul 2021 09:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Avqust 2021 | 00:00
Uğurlu mövsüm
2 Avqust 2021 | 23:59
Turizmlə bağlı açıqlama
2 Avqust 2021 | 23:57
Elektromobil istehsalı artır
2 Avqust 2021 | 23:56
BMT-nin xəbərdarlığı

Köhnə versiyamızdan xəbərləri izlə