Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib

İyulun 15-də Sumqayıt şəhər 13-cü mikrorayonda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun yaşadığı binanın həyətində xatirə abidəsi yaradılıb.

Açılış mərasimində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Emin Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidənin örtüyü götürülüb, önünə əklillər və gül-çiçək dəstələri qoyulub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində şəhidlərin qanı yerdə qalmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb.

Həmin gün Sumqayıtın mərkəzində Polad Həşimovun adını daşıyan küçədə barelyefinin də açılışı olub.

15 İyul 2021 16:13 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə