Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şeydayev qələbəyə sevinib

Tərkibində Azərbaycan milli komandasının  hücumçusu Ramil Şeydayevin də  çıxış  etdiyi  Samaranın “Krılya Sovetov” klubu Rusiya Premyer Liqasının 13-cü  turunda “Ufa”nın qonağı  olub və 2:1  hesabı  ilə  qələbə  qazanıb. Şeydayev bu görüşün 70-ci  dəqiqəsində  hesab 1:1 olarkən  meydana çıxıb.

Hazırda “Krılya Sovetov” 14  xalla turnir cədvəlində 12-ci  yeri tutur.

Çempionatın  lideri  isə 31  xala malik Sankt-Peterburqun “Zenit” komandasıdır. İkinci-üçüncü pillələrdə  irəliləyən “Lokomotiv” (Moskva) və “Krasnodar”  müvafiq  surətdə 24 və 23  xal  toplamışlar.

 

“Xalq qəzeti”

6 Noyabr 2018 15:19 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə