Ən son xəbərlər
Noyabrın 9-11-də Daşkənddə keçiriləcək Qran-pri turniri tatami ustalarının qüvvələrinə növbəti ciddi baxışa çevriləcək.
Özbəkistan paytaxtında üç gün davam edəcək yarışın mükafatları uğrunda Azərbaycanın da bir qrup cüdoçusu mübarizə aparacaq. Şübhəsiz, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), İrina Kindzerskaya (+78 kq) və digər təmsilçilərimiz qarşıdakı sınaqlardan mümkün qədər çox fayda götürməyə çalışacaqlar.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə