Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə daxil olan məlumatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunur.

“Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən, habelə Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar! “Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!””, - deyə məlumatda bildirilib.

13 İyul 2021 16:17 - EKOLOGİYA
EKOLOGİYA
3 Dekabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
2 Dekabr 2021 | 17:51
Sabahın HAVA PROQNOZU
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə