Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avtomatlaşdırılmış mehmanxana işə başlayır

"Alibaba" şirkəti tərəfindən yaradılmış və hazırlanmış "ağıllı" mehmanxana tezliklə Xançjou şəhərində sınaq rejimində fəaliyyətə başlayacaq. Ənənəvi mehmanxanalardan fərqli olaraq burada xidmətlər, demək olar ki, tamamilə avtomatlaşdırılacaq.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, bu mehmanxanada otel nömrəsini mobil proqram vasitəsilə bron etmək mümkündür. Girişdə qonaqları robot qarşılayır, liftə yola salır və müvafiq mərtəbəyə qalxmaqda onlara kömək edir. Sifətin tanınması sistemi və bədən hərəkətləri sayəsində otel nömrəsinin qapısı avtomatik açılır, həmçinin lift avtomatik gəlir.

Qonaq otel nömrəsində səs vasitəsilə pəncərənin pərdələrini idarə edə, televizoru yandıra və söndürə, işıqlandırma sistemini idarə edə, yemək sifariş edə bilər. Sözügedən mehmanxanada hesablama və ödəniş, sifətin tanınması sisteminin köməyi ilə həyata keçirilir.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

6 Noyabr 2018 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə