Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident,

Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2021-ci il

12 İyul 2021 15:07 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə