Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şura 2019-cu il birinci qrant müsabiqəsiylə bağlı qərar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunmuş Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının müzakirəsi və Şuranın 2019-cu il birinci qrant müsabiqəsi barədə  məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub. Bu barədə Şuradan məlumat verilib.

 İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının layihəsi haqqında geniş məlumat verib. Fərasət Qurbanov 2019-cu il birinci qrant müsabiqəsinin nəzərdə tutulan mövzuları barədə də iclas iştirakçılarını məlumatlandırıb.Şura üzvü İlqar Məmmədov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Anar Xəlilov, Nərgiz Xələf və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

 Müzakirələrdən sonra gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib. Qərara əsasən noyabrın 15-də 2019-cu il birinci qrant müsabiqəsi elan olunacaq. Elanın mətni Şuranın csssn.gov.az, e-qht.az və qhtxeber.az saytlarında yerləşdiriləcək.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

6 Noyabr 2018 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə