Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU nümayəndələrinin Bolqarıstan səfəri

Bolqarıstan--Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru İranə Əliyeva və tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva Bolqarıstan Respublikasında səfərdə olublar. Səfərin məqsədi ATMU tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsinin təşkili və keçirilməsinə dair müzakirələr aparmaq, həmçinin sənaye müəssisələrində mövcüd şərait, tələb və şərtlərlə tanışlıqdan ibarət idi.

Səfərin ilk günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə keçirilən görüşdə həmin ölkənin Beynəlxalq Biznes Məktəbi (BBM) ilə əlaqələrin qurulması, ATMU tələbələrinin peşəkarlıq vərdişlərini artırmaqdan ötrü təcrübə semestrinin təşkili detallı müzakirə olunub. Bolqarıstan Respublikasının Məşğulluq Agentliyinin nümayəndələri ilə keçirilən görüşdə konkret olaraq tələbələrin təcrübə keçmə müddəti və işlə təmin olunma məsələlərinin hüquqi baxımından tənzimlənməsi amilinə münasibət bildirilib.

Bolqarıstan Respublikasının Varna şəhərində Azərbaycan Respublikası səfirliyi tərəfindən keçirilən Turizm sərgisinə qatılan ATMU-nun prorektoru İ.Əliyeva və şöbə müdiri N.Abdullayeva “Albena” kurort zonasındakı yerləşmə obyektlərini ziyarət etməklə bərabər, bir neçə otel kompleksinin rəhbər şəxsləri ilə danışıqlar aparıblar.

          

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2018 10:57 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə