Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran elektrik enerjisi istehsalına görə Yaxın Şərqdə ilk yeri tutur

İran elektrik istehsalına görə Yaxın Şərqdə birinci, dünyada isə 14-cü yeri tutur.

Trend-in məlumatına görə, bunu İranın istilik elektrik enerjisi istehsalı şirkətinin rəsmisi Əbdürəsul Pişahəng deyib.

Onun sözlərinə görə, İranda 91 İstilik Elektrik Stansiyası fəaliyyət göstərir:

"Onun 39-u dövlət, 41-i isə özəl sektora məxsusdur. 11 stansiya da inşa olunmaqdadır".

Ə.Pişahəng deyib ki, İran elektrik şəbəkəsi və elektrikin paylanması ilə bağlı avadanlıqların 90 faizini daxildə istehsal edir.

6 Noyabr 2018 09:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə