Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üç rayonda yeni seysmik stansiya quraşdırılır

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması prosesinə start verilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Xalq qəzeti"nə verilən xəbərə görə, qurumun əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

5 İyul 2021 10:37 - TEXNİKA
TEXNİKA
20 Oktyabr 2021 | 17:49
"Facebook" adını dəyişəcək

Köhnə versiyamızdan xəbərləri izlə