Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Mahrızlı kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs İmanov Emin Məhəmmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirilib.

AQTA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq heyvan kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.

29 İyun 2021 11:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə