Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri: Film komissiyasını yaratmaqda məqsədimiz ölkəmizi kino çəkilişi məkanına çevirməkdir

Türkiyə Mədəniyyət Nazirliyinin rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya Avstriya, Serbiya və digər ölkələrin kino sahəsində çalışan mütəxəssislər hazırda Azərbaycanda səfərdədir. Onlar işğaldan azad olunmuş torpaqlara səfər ediblər və oradakı erməni vəhşiliklərinin şahidi olublar. Film komissiyasını yaratmaqda məqsədimiz Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.

Bu sözləri mədəniyyət naziri Anar Kərimov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var. Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq”, – deyə, Anar Kərimov əlavə edib.

28 İyun 2021 20:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə