Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Su və rəng ahəngi-2021” adlı sərgiyə əsər qəbulu davam edir

Bakıda açılacaq “Su və rəng ahəngi-2021” adlı sərgi üçün əsər qəbulu davam edir.

"Xalq qəzeti" xəbər verir ki, sərginin iyulun 15-də Xətai Sənət Mərkəzində açılması nəzərdə tutulub. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar işlərinin fotolarını iyunun 30-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də Xətai Sənət Mərkəzinin feysbuk və instaqram səhifələrində paylaşılacaq.

Seçilmiş əsərlər iyulun 10-dək Xətai Sənət Mərkəzində yerləşən “IWS Baku Khatai Art Center”ə təhvil verilməlidir.

28 İyun 2021 13:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə