Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda baş verən yanğın söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

28 İyun 2021 09:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə