Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyinə virtual ekskursiya təşkil edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyinə virtual ekskursiya təşkil edib.

"Xalq qəzeti" xəbər verir ki, layihə uşaqlarda hərbi vətənpərvərlik ruhunun yüksəltmək, milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq məqsədilə təşkil olunub.

“Zoom” proqramı üzərindən reallaşan virtual ekskursiyada Bakı şəhəri 95 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Görüş çərçivəsində bələdçi məktəblilərə muzeyin zallarında nümayiş olunan Azərbaycan Respublikasının Dövlət atributlarına, xanlıqlar dövrünə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrə, Azərbaycanın repressiya və İkinci Dünya müharibəsi illərindəki tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və respublikamızın müstəqillik dövrünə həsr olunmuş eksponatlar və Azərbaycan Ordusunun qurucusu olan Səməd bəy Mehmandarov haqqında ətraflı məlumat verib.

Bələdçi muzeydə 20 min eksponatın, onların sırasında nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyaların olduğunu da qeyd edib.

27 İyun 2021 11:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə