Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in xilasediciləri qayalıqdan sürüşərək çaya düşən vətəndaşı təxliyə ediblər

İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən bir vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məlumata əsasən FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.

26 İyun 2021 16:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə