Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənddə düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində hiyləgər düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.

ANAMA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı çox saylı tələ - mina basdırıb və gizlədib. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüsündə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.

 

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.

26 İyun 2021 16:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə