Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərində yeni addım

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şuşa bəyannaməsi: Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərində yeni addım” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə universitetin rektoru İlham Mədətov, akademik – inzibati heyətin üzvləri və tələbələr iştirak ediblər.

Rektor qeyd edib ki, 15 iyun 2021-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazı­lacaq. Belə bir əhəmiyyətli və mühüm sənədin imza­lanma mərasiminin məhz Azərbaycanın müzəffər or­dusunun 7 ay əvvəl işğaldan azad etdiyi Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edir. Prezidentlər tərəfindən imzalanan bəyannamə iki dövlətin ümumi maraqla­rının qorunmasına, eləcə də qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin üzvi şəkildə əlaqələndirilməsinə istiqamətləndirilib.

İ.Mədətov bildirdi ki, Şuşa Bəyannaməsini hər iki ölkə lideri 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Res­publikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublika­sı və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni və digər mühüm sənədləri rəhbər tutaraq imzalayıblar. Bu tarixi sənəd ölkələr arasında maraqla­rın qorunması imkanlarının birləşdirilməsinin, həmçinin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu artıracaq.

Tarix üzrə elmlər dok­toru, professor Məhərrəm Zülfüqarlı bəyannamənin məhz Qars müqaviləsinin 100 illiyində imzalanmasının əhəmiyyətindən danışdı. M.Zülfüqarlı Qars müqaviləsi və 44 günlük Vətən müharibəsi barədə iştirakçı­ları detallı məlumatlandırdı. Bəyannamənin imzalanma­sı ilə tarixi ədalətin bərpa olunduğunu dedi. “İctimai fənlər” kafedrasının müdi­ri, dosent İbrahim Əliyev Şuşa Bəyannaməsinin Azərbaycan üçün çox önəmli bir tarixdə imzalanmasının müstəsna siyasi və tarixi əhəmiyyəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, bu sənəd ölkələrimiz arasın­dakı dostluq və qardaşlıq münasibətlərinin məntiqi davamıdır. O, “Bu sənədlə ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq” – fikrini xüsusi vurğuladı.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 İyun 2021 00:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə