Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün onlayn formatda 3-cü sessiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ətraf mühit və iqlim dəyişmələri sahəsində ötən dövr ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və növbəti illər üçün əsas prioritetlərin müzakirəsidir.

Görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirakçılara Azərbaycanda ətraf mühitin mühafizəsi, o cümlədən iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd”, təmiz texnologiyaların tətbiqi və “yaşıl enerji zonası”nın yaradılması vasitəsilə iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün yeni imkanların yarandığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

22 İyun 2021 15:56 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2021 | 18:07
Sabahın HAVA PROQNOZU
7 Dekabr 2021 | 10:08
Zaqatalada zəlzələ olub
6 Dekabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
3 Dekabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
2 Dekabr 2021 | 17:51
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə