Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib

Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə xüsusi qayğıya ehtiyac duyan, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstəkyönümlü layihələr müzakirə edilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas kateqoriyalardan olan uşaqların reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunması sahəsində gördüyü işləri diqqətə çatdırıb. Bu sahədə ixtisaslaşmış QHT-lərlə fəal əməkdaşlıq təcrübəsinin olduğunu, QHT-lərin xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı layihələrinə dəstək verildiyini qeyd edib.

Ümumilikdə 18 QHT rəhbəri və nümayəndəsinin qatıldığı görüşdə həmin uşaqlara ehtiyac duyduqları istiqamətdə dəstəyin göstərilməsi üçün birgə fəaliyyətin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, autizmli uşaqlarla işin genişləndirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

22 İyun 2021 10:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə