Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 noyabr tarixli 202-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.3-cü və 2.5-ci bəndləri 2021-ci il noyabrın 1-dən qüvvəyə minir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyun 2021-ci il

21 İyun 2021 17:26 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə