Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait istifadəçilərə təqdim olunub

M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait hazırlanıb.

Kitabxanadan "Xalq qəzeti"nə verilən məlumata görə, təqdim olunan elektron təlimati metodik vəsait ALİSA proqramının - Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin texniki funksiyalarını açaraq, onun modulları, ayrı-ayrı bölmələri, iş funksiyalarını yerinə yetirən düymələr və ümumiyyətlə, bütün proseslər haqqında ətraflı məlumatın verilməsinə xidmət edir.

ALİSA (Automated Library İnformation System of Azerbaijan) kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək məqsədilə yaradılıb. Sistem kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaranmasına imkan verir.

Elektron təlimati metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/alisa.pdf linkindən istifadə edə bilərlər.

21 İyun 2021 10:47 - ELM
ELM
2 Oktyabr 2021 | 08:36
Xatirələrdə yaşayacaq insan

Köhnə versiyamızdan xəbərləri izlə