Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni neft-qaz yatağı kəşf edilib

 

Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar bölgəsində təxminən 900 milyon ton ehtiyatı olan neft-qaz yatağı kəşf edilib. Bunu Çin Milli Neft Korporasiyası (CNPC) açıqla­yıb. Bildirilir ki, Təkləməkan səhrasında yerləşən yatağın kəşfiyyat işləri 6 il davam edib. Qazma dərinliyi 8480 metr olan quyu ərazidə indiyədək qazılmış ən dərin quyudur.

Qeyd edək ki, 330 min kvadratkilometr sahəsi olan Təkləməkan səhrasının neft-qaz ehtiyatı 16,1 milyard ton səviyyəsində qiymətləndirilir.

Məlumatı “Sinxua” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

20 İyun 2021 00:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə