Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT: qaçqınların sayı artıb

 

Ötən il dün­yada müharibə, zorakılıq, təbii fəlakətlər, təqiblər və insan haqları­nın pozulmasına görə, öz evlərini tərk edən insan­ların sayı 4 faiz artaraq təxminən 82,4 milyon nəfərə çatıb. Bunu BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı açıqlayıb.

Təşkilatın məruzəsində deyilir: “Hamımızın təcrid olunduğu ildə, dörd divar arasında qaldığımız dövrdə insanların evlərini tərk etməsi çox şeydən xəbər verir. Seçim imkanları olmadığı üçün təxminən 3 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb”.

Xəbəri “Associated-Press” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

20 İyun 2021 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə