Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə görüşə bilər

Əgər London münasibətləri “təmir etmək” arzusunu bəyan edərsə, Rusiya Prezi­denti Vladimir Putin Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşə bilər. Ancaq hələ Rusiya dövlət başçısı­nın qrafikində belə bir görüş planlaşdırılma­yıb. Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən “İzvestiya.ru” verib.

 

Peskov “Qovorit Moskva” radiostansiya­sına müsahibəsində bildirib: “Yox, belə bir görüş haqqında danışılmır, ancaq potensial olaraq bu mümkündür. Böyük Britaniya­da məhz Londonun təşəbbüsü ilə qırılmış ikitərəfli münasibətlərimizi təmir etməklə bağlı siyasi iradə nümayiş etdirilsə, bu mümkün­dür”.

Bir qədər əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də Boris Con­son və Vladimir Putin arasında sammit keçirilməsinin mümkünlüyünü istisna etməmişdi. O bildirmişdi ki, belə bir görüşün keçirilməsi üçün Moskva özünün “zərərverici fəaliyyətinə” son qoymalıdır.

Nazir ümid etdiyini bildirmişdi ki, Rusiya və Böyük Britaniya arasında münasibətləri normallaşdırmağın vaxtı gələcək.

Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə britaniyalı həmkarı Dominik Raabla telefon söhbəti zamanı bəyan etmişdi ki, İngiltərə-Rusiya əlaqələri qaneedici vəziyyətdə deyil və London dövlətlərarası dialoq məsələsində özünün ittihamedici və təxribatçı ritorikasından imtina etməlidir.

Rusiyalı nazir Britaniya tərəfini qarşılıq­lı maraqlar nəzərə alınmaqla məsuliyyətli əməkdaşlığa, eyni zamanda, Rusiya-Brita­niya pozitiv gündəliyinin formalaşması üçün konkret addımlara çağırmışdı.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

20 İyun 2021 00:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə