Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Rəisi İran Prezidenti seçilib

 

 

Son cümə günü qonşu İran İslam Respublikasında növbəti prezident seçkiləri keçirilib. İranın Seçki Qərargahının açıqlamasına əsasən, iyunun 18-də keçirilən prezident seçkilərində ümumi səslərin 62 faizini qazanan İbrahim Rəisi prezident seçilib.

İlkin hesablamalara görə, İbrahim Rəisiyə 17 milyon 600 min nəfər səs verib. İra­nın hazırkı Prezidenti Həsən Ruhani yeni seçilən Prezi­dent İbrahim Rəisini təbrik edərək ona uğurlar arzulayıb.

İranın Seçki Qərargahının nümayəndəsi Abbasəli Kəndxudayi jurnalistlərə bil­dirib ki, bəzi xırda pozuntular nəzərə alınmazsa, prezident seçkilərində heç bir problem müşahidə edilməyib. O qeyd edib ki, bəzi məntəqələrdən daxil olan şikayətlərə dərhal baxılıb və qərar qəbul edilərək problemlər aradan qaldırılıb. Bu xırda pozuntu­lar seçkinin nəticəsinə təsir göstərə bilməz. Seçki prosesi qanunauyğun şəkildə davam edib.

Xatırladaq ki, İran prezidenti vəzifəsi uğrun­da əvvəlcə 7 namizəd mübarizəyə qoşulmuşdu, lakin sonradan onlardan üçü namizədliyini geri götürmüş­dü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parla­mentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi arasında getmişdir. İranın hazırkı Prezidenti Həsən Ru­hani ikinci müddəti tamamla­dığına görə seçkilərdə iştirak etməmişdir. Ekspertlər İranın ali lideri Əli Xamneyinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.

Altmış yaşlı siyasətçi İbrahim Rəisi uzun illər İranın məhkəmə və prokurorluq orqanlarında çalışmışdır. O, seçkiqabağı kampani­yasının gedişatında ölkədə yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparacağı­na söz verib. Xatırladaq ki, İbrahim Rəisi 2017-ci ildə prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

M.HACIXANLI, “Xalq qəzeti”

20 İyun 2021 00:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə