Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-qanuni miqrasiya axınına həsr olunmuş Zirvə görüşü

“Euronews” agentliyinin yaydığı məlumata görə, Vyanada Qərbi Balkan ölkələrinin hökumət başçılarının iştirakı iləYaxın Şərq ölkələrindən və Afrikadan Avropaya qeyri-qanuni miqrasiya axınına həsr olunmuş Zirvə görüşü keçirilib.

Mənbə yazır ki, Avs­triyanın dəvəti əsasında təşkil olunan toplantıda Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiyanın hökumət rəhbərləri, eləcə də Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Miroslav Layçak iştirak ediblər.

Tədbirdən öncə Avstriya­nın Federal Kansleri Sebasti­an Kurts jurnalistlərə açıq­lamasında bildirib ki, Qərbi Balkan ölkələri qeyri-qanuni miqrasiya axınına qarşı birgə mübarizənin tərəfdarıdır və qarşıdakı yay mövsümündə belə bir həmrəylik olduqca vacib əhəmiyyətə malikdir.

Kansler deyib ki, tarixi və mədəni kontekstdə Qərbi Balkan regionu Avstriya üçün mühüm əhəmiyyətə malik­dir. Ona görə də Avstriya bir sıra sahələrdə, xüsusilə də pandemiyaya qarşı mübarizə sahəsində də bu ölkələrlə sıx əməkdaşlıqda maraq­lıdır. Aİ ölkələri arasında mövcud səfər qaydaları və “yaşıl pasport“ sistemi bu ölkələrlə də koordinasiya edilməlidir. Eyni zamanda, Avstriya tərəfi Qərbi Balkan ölkələrinə avqust ayından etibarən ümumilikdə bir milyon peyvənd dozası göndəriləcəyini vəd edib.

O, həmçinin bildirib ki, konfransda Qərbi Bal­kan ölkələrinin Aİ-yə üzv­lük perspektivləri və bu ölkələrdən keçməklə Avro­paya yönələn qeyri-qanuni miqrasiya marşrutlarının qarşısının alınması imkan­ları əsas müzakirə mövzusu olacaq. Hazırda Yunanıstan və Qərbi Balkan ölkələrində 80 min qaçqının Mərkəzi və Qərbi Avropaya keçməyə can atdığı və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə belə bir axının mümkün olacağı ehtimal olunur. Qeyd olunub ki, qeyri-leqal miqrasiyanın qarşısının alınması ilə yanaşı, sığına­caq hüququndan sui-istifadə edən şəxslərin readmissiyası üçün xüsusi plan hazırla­nıb, hazırda bu plan Şimali Makedoniya, Bosniya və Herseqovina və Serbiyada tətbiq olunur.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

20 İyun 2021 00:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə