Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada yenə rekord yoluxma

 

 

Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində ölkənin 85 regionunda 17 min 906 nəfər COVİD-19 virusuna yoluxub. Son 24 saat ərzində 466 nəfər vəfat edib. 10 min 684 nəfər sağalıb. Qeyd edək ki, artıq ikinci gündür ki, Rusi­yada maksimal yolux­ma qeydə alınır.

Rusiyanın paytaxtı Moskvada da rekord yoluxma qeydə alınıb. Son sutka ərzində Moskvada 9120 nəfər koronavirus infeksiyasına yoluxub. Pandemiya başlanandan indiyədək Moskvada 1,2 milyon nəfər CO­VİD-19 virusuna yoluxub. 21,3 min nəfər koronavirus infeksiyasının qurbanı olub.

Son 24 saat ərzində Moskva vilayətində 1456 nəfər, Sankt- Peterburqda 996 nəfər, Nijeqorod vilayətində 231 nəfər və Buryatiya­da 226 nəfər COVİD-19 virusuna yoluxub.

Pandemiya başlanandan indiyədək Rusiyada 5,29 milyon nəfər koronavirus infeksiyasına yolu­xub. 4,86 milyon nəfər sağalıb. 128,9 min nəfər vəfat edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

20 İyun 2021 00:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Sentyabr 2021 | 00:21
Kosmonavtlar Yerə qayıdıblar
18 Sentyabr 2021 | 23:24
Qasırğa fəsadlar törədib
18 Sentyabr 2021 | 23:24
Mum heykəllər muzeyi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə