Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” AVRO–2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir

 

 

Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan “Azercell Tele­kom” MMC Bakı Olimpiya stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.

Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşat­mağı hədəfləyən “Azercell” ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz “Azercell” tərəfindən quraşdırılıb. Məkan innovativ şəbəkə həlləri ilə təchiz edilib. Həmçinin hazırda ərazidə “Azercell”in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən “Azercell” tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər apa­rılır. Əlavə olaraq, “Azercell” paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daim əlaqədədir və mütamadi olaraq müvafiq test işləri həyata keçirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94%, ölkə əhalisi üzrə isə 98,7% təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9%-dən 85,5%-ə, coğrafi dairəsini isə 22,5%-dən 73,3%-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb.

“Xalq qəzeti”

20 İyun 2021 00:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə