Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Elektron satınalma vasitəsilə açıq tender elan edir

Satın almanın predmeti:

Baytarlıq Xidmətləri üçün dezinfeksiya mallarının satın alınması.

Elektron satın almada iddiaçı qismində satın almaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. İddiaçıdan satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması tələb edilir. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tende­rin əsas şərtlər toplusunu dövlət satın almaları­nın vahid internet portalı vasitəsilə əldə edə və müsabiqəyə təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 600 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün Asan Ödəniş et düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.

Aqrar Xidmətlər Agentliyi qarşısında lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflər açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vax­tı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alın­madan) vergiödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış;

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

10. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yan­lış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müva­fiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

11. İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olmasını müəyyən etmək üçün ixtisas göstəriciləri barədə tələblər aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkar olması.

Malların çatdırılması satınalma müqaviləsi bağlandıqdan sonra 30 bank günü müddətində həyata keçirilir.

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs – Pərvanə Sultanəliyeva.

Ünvan – Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A.

Telefon – (077) 299-11-91, Faks – (012) 562-85-57.

E- mail: [email protected]

Tender proseduru “Dövlət satınalmaları haq­qında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 iyul 2021-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 23 iyul 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 26 iyul 2021-ci il saat 17.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında apa­rılacaqdır.

QEYD – Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

20 İyun 2021 00:27 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə