Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala tütünçüləri dünya bazarının təkliflərini nəzərə alırlar

“Azərbaycan Respublikası Regionlarının 2019–2023-cü illərdə Sosial- İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda məqsədyönlü kənd təsərrüfatı tədbirləri davam etdirilir. Bu məqsədlə tütünçülüyün və tütün emalı sənayesinin inkişaf etdirilməsi, tütün istehsalının və ixracının artırılması məqsədilə rayonda “ Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi fəaliyyətini davam etdirmiş, rayon tütünçüləri ilə “Azərtütün” MMC, “Zaqatala Aqro İndustri” MMC, “İlham” MMC və “Azəri” Korporasiyası arasında müqavilələr bağlanmışdır.

 

Tütünçülüyü inkişaf etdirmək məqsədilə dünya bazarının təklifinə uyğun olaraq, rayonda əsasən ətirli və qiymətli tütün sortları olan “Ber­ley” və “Virciniya”nın yetişdirilməsinə üstünlük verilir.

Bu məqsədlə “Azərtütün” MMC-yə məxsus olan və əvvəlki illərdə istifadəyə verilmiş 60 ədəd odla tütün qurutmaxanası, 5000 kvadratmetr­lik anbar binası, 7320 kvadratmetr sahəsi olan müasir texnologiyaya əsaslanan tütün şitillik təsərrüfatları məhsul istehsalını artırmağa imkan verir.

Bundan başqa, “Zaqatala Agro İn­dustry” MMC tərəfinden tütünçülüyün daha da inkişaf etdirilməsi və tütün emalının artırılması məqsədilə rayon­da illik istehsal gücü 2500 ton (quru tütün) olan 120 ədəd tütünqurutma kamerasının quraşdırılması, eləcə də "Zaqatala Agro İndustry” MMC ilə 16 nəfər tütünçü arasında müqavilə bağlanılaraq 256 hektar sahədə tütün əkinlərinin aparılması istiqamətində məqsədyönlü tədbirlər görülməkdədir. Bununla əlaqədar “Zaqatala

Agro İndustry” MMC-nin istifadəsində olan ərazidə ümumi sahəsi 12256 kvadratmetr olan 48 ədəd hidroponik istixanalar təşkil edilməklə orada keyfiyyətli şitillər yetişdirilib.

“Azərbaycan Respublikasın­da tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm ve İnnovasiya Mərkəzinin balansında olan Zaqatala bölgə təcrübə stansi­yasının istifadəsindəki 174,16 hektar torpaq sahəsindən tütün şitillərinin yetişdirilməsi üçün polietilen ör­tüklü istixananın tikintisi məqsədi ilə ayrılmış 1,47 hektar torpaq sahəsinin təyinatının və kateqoriya­sının dəyişdirilməsi üçün müvafiq sənədləşmə işləri görülür.

Fermerlər arasında tütünçülüyün ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri davam etdiri­lib. Nəticədə 2020-ci ildə əkilmiş 574 hektar sahədən 672 ton quru tütün istehsal olunmuşdur.

Bu il rayonda 576 hektar sahədə tütün əkini planlaşdırılsa da, fermerlər tərəfindən 581 hektardan çox sahədə əkin aparılıb. Bunun da 528, 8 hektarı qiymətli tütün növü olan “Virciniya botaniki” sortudur. Xatırladaq ki, Ya­poniyanın “Tet İnternational Develop­ment” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən Zaqatala, Qax və Şəki rayonlarının təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi işi bu il də mütəşəkkil aparılıb.

Tütün istehsalı ilə bağlı bu rayonlarda fermerlərlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Tütün istehsalçılarını şitillə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan 7 ədəd şitilvuran aqreqat da gətirilib. Bu yenilik işin sürətləndirilməsini təmin edib.

Bu il rayonda “Azərtütün ASK” MMC tərəfindən 398,83 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 174,64 hektarda digər tütün sortları əkilib. Tütün əkininə 1700-dən çox mövsümi işçi cəlb olunub. Hazırda sahələrə aq­rotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

20 İyun 2021 00:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə