Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda minatəmizləmə prosesində Türkiyənin “MEMATT” təchizatından uğurla istifadə edilir

İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri intensiv olaraq davam etdi­rilir. Ermənilərin torpaqlarımızdan çıxarkən pərakəndə şəkildə əraziyə basdırdıqları minalar isə bu işlərin qarşısında duran ən böyük əngəldir. Bu mənada müharibənin ardından bölgədə minatəmizləmə işləri xüsusi həssalıqla görülür.

Azərbaycan minatəmizləmə prosesi­ni mümkün olduğu qədər sürətlə davam etdirsə də, mina xəritələrinin ölkəmizə təhvil verilməməsi bu işləri ləngidirdi. Bundan əlavə, ərazinin minalanmış olması mülki şəxslər, o cümlədən bölgədə fəaliyyət göstərən xari­ci şirkət nümayəndələri üçün real təhlükə mənbəyidir.

Bu mənada qardaş ölkənin hərbi sənaye müəssisəsinin (ASFAT) istehsal etdiyi “MEMATT” ( Mexaniki Minatəmizləmə Təchizatı) işğaldan azad olunan ərazilərdə minatəmizləmə prosesinə cəlb edilib. ASFAT-ın dizayn, prototip və kütləvi istehsalat işlərini 14 ayda bitirdiyi “MEMATT” layihəsi özəl və dövlət sektorlarının əməkdaşlığı ilə tamamla­nıb.

Qeyd edək ki, sertifikatlaşdırma qabiliyyəti tamamilə milli vasitələrlə həyata keçirilən “MEMATT” uzaqdan idarə edilən və pilot­suz hərəkət sisteminə sahibdir. Bu qurğu minatəmizləmə prosesində insan itkisinin qarşısını almaq üçün nəzərdə tutulub.

“MEMATT” piyadalara qarşı minaları zərərsizləşdirmək və sahədəki mövcud bitki örtüyünü təmizləmək üçün ən son texnolo­giya ilə dizayn edilib. Avadanlıq çətin relyef şəraitlərinə uyğun nəzərdə tutulub. Xarici qüvvələrə davamlı metal lövhədən hazırlanan aparatın mühərrikində də hava girişinə qarşı filtr sitemi quraşdırılıb. Zirehli poladdan ha­zırlanan “Armox 500T” qoruyucu qalxan sərt zəminlərə qarşı maksimal dayanıqlıdır.

Azərbaycanın Müdafiə Nazirliyi ilə ASFAT arasında 4 dekabr 2020-ci ildə imzalan­mış 20 “MEMATT”ın ixracına dair müqavilə çərçivəsində, 4 fevral 2021-ci ildə ilk iki qurğu Türk Hava Qüvvələri Komandanlığının təyyarəsi ilə Kayseridən Bakıya gətirilib.

Türk müdafiə sənayesi daxilində hazırlan­mış “MEMATT”, hazırda Vətən müharibəsində işğaldan azad edilən torpaqlardan minaların təmizlənməsi prosesində səmərəli istifadə olunur.

İmran ƏLİYEV, “Xalq qəzeti”

20 İyun 2021 00:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə