Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda bərpa-quruculuq işləri sürətlə və sistemli şəkildə aparılır

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı məlum oldu ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası sistemli şəkildə aparılır. Bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə xidmət edən Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinə yanvar ayında başlanıb və qısa vaxtda işlərin xeyli hissəsi görülüb. Sentyabrın 5-də burada birinci sınaq uçuşunun yerinə yetirilməsi nəzərdə tutulur.

Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı da olduqca əhəmiyyətlidir. Vaxtilə düşmən bizə qarşı ekoloji terror həyata keçirərək, su mənbələrimizi də işğal et­mişdi. Vətən müharibəsindən sonra biz su resurslarımızı da bərpa etmişik. Məlumdur ki, Köndələnçay su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Bu anbar da ar­tıq öz sahibindədir. Azərbaycanın nəzarətində olan su anbarları, çaylar, digər su resursları həm də kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.

Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovu­şan su anbarından su verilməyə başlanılıb. Eyni zamanda, Ağdam rayonunda həcm baxı­mından daha böyük olan Xaçınçay su anbarı da nəzarətimizdədir.

Dövlət başçımız Füzulidə bəyan etdi ki, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə vəsait də ayrılıb. Yəni, bu sahədə də işlər plan üzrə gedir.

Azad olunmuş ərazilərdə nəqliyyat və infrastruktur layihələrinin inşası da davam etdirilir. Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlər, eyni zamanda, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpü bunu bir daha təsdiqlədi.

Bölgənin ən prioritet məsələlərindən biri enerji təhlükəsziliyidir. Yeni tikilən “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının inşası işğal­dan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşul­masını təmin edir. Bu da bütövlükdə, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfədir.

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

20 İyun 2021 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə