Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Brattleboro Reformer”: ABŞ azərbaycanlı uşaqların əsirlikdən azad olunmasını tələb etməlidir

Amerikada çıxan “Brattleboro Reformer” qəzetində “ABŞ azərbaycanlı uşaqların əsirlikdən azad olunmasını tələb etməlidir” sərlövhəli məqalə dərc olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və 1990- cı illərdə Birinci Qarabağ müharibəsi dövründə erməni qoşunları tərəfindən əsir götürülən azərbaycanlı uşaq­lara həsr edilib.

Materialda hər il iyunun 1-nin dünyanın bir çox ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsindən söhbət açılır. Bu əlamətdar hadisə dünya birliyini uşaq­ların hüquqlarını qoruma­ğa və onların rifah halını yaxşılaşdırmağa sövq edir. Təəssüf ki, 29 il bundan əvvəl, Azərbaycanın Qara­bağ regionunda Ermənistan tərəfindən etnik təmizləmə aparıldığı zaman həmin regiondakı azərbaycanlı uşaqların xoşbəxtliyinə son qoyulub.

Qeyd olunur ki, erməni or­dusu işğal edilmiş ərazilərdə azərbaycanlı uşaqları məqsədyönlü şəkildə oğurla­yırdı. 71 azərbaycanlı uşaq hələ də itkin düşmüş hesab edilir və Ermənistan onla­rın harada olmaları barədə məlumat verməkdən imtina edir. Məqalədə, həmçinin deyilir ki, ABŞ Ermənistana təzyiq göstərməlidir ki, o, artıq boya-başa çatmış Azərbaycan vətəndaşlarını erməni əsirliyindən azad etsin, yaxud da əgər onlar erməni hərbçiləri tərəfindən qətlə yetiriliblərsə, bu barədə məlumat təqdim etsin.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə aparılan növbəti kampaniya nəticəsində dərc edilib.

19 İyun 2021 23:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə