Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə mühüm önəm verir

 

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə EBRD ilə əlaqələrin inkişafına önəm verildiyi və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən İ.Duarte ölkəmizin iqtisadi perspektivlərinin əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını və EBRD-nin dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə, reallaşdı­rılan layihə və təşəbbüslərə görə İ.Duarteyə minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

19 İyun 2021 23:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə