Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

 

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, M.Cabbarov ölkəmizin Pakistanla sıx dost­luq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Ha­yenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

19 İyun 2021 23:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə