Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BNA "AVRO-2020"nin oyunlarına bilet alan azarkeşlərə müraciət edib

“Əvvəlcədən məlumat verildiyi kimi AVRO-2020 futbol üzrə Avropa çempionatının oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşlər rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspres marşrut xətləri təşkil edib”.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) "Xalq qəzeti"nə verilən məlumatda deyilir.

Bununla bağlı azarkeşlərdən stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyyə olunur: “Bəzi azarkeşlər avtomobillərini Bakı Olipmiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub. Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimpiya Stadionu ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar”.

19 İyun 2021 15:29 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə