Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

19 İyun 2021 15:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə