Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada raket və tank əleyhinə mina aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbarataatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

19 İyun 2021 12:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə