Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib

Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusuna panel keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Əlican Ayanların aparıcılığı ilə keçilən paneldə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış yeni vəziyyətlə bağlı mövqeyini iştirakçılarla bölüşüb.

Paneldə, həmçinin Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, professorlar Kamil Aydın və Jirayir Libaridiyan çıxış ediblər.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində hazırda bütün dünyanı düşündürən və narahat edən məsələlər ətrafında müzakirələr aparılır.

İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun yekunu ilə bağlı mətbuat konfransı keçirəcək.

19 İyun 2021 11:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə