Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək

İyunun 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanları keçiriləcək. Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizəd iştirak edəcək.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri qızdır, 13 nəfər isə xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

19 İyun 2021 10:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə