Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doktoranturaya qəbul imtahanı keçiriləcək

İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Bu barədə "Xalq qəzeti"nə DİM-dən məlumat verilib. Bildirilib ki, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 11:00-da başlanır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinә yetirilmәsinә (xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual mәlumatın yazılı təsviri üçün) ayrılır.

19 İyun 2021 10:11 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə