Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST Afrikada koronavirusun sürətlə yayılmasından narahatdır

 

 

“Worldometer” portalının yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantları sayəsində Afrikada pandemiyanın üçüncü dalğasının güclənməsindən narahatdır.

 

Mənbə yazır ki, “Qara qitə”də koronavirusa yoluxma halları hər həftə orta hesabla 22 faiz artır. Bu məlumatı təşkilatın Afrika üzrə regi­onal direktoru Matşidiso Moeti təsdiqləyib. O bildirib ki, pandemiyanın üçüncü dalğasını səngitmək üçün Afrika ölkələrinin koronavirus əleyhinə peyvənd partiyaları­na təcili ehtiyacı var.

Bildirilir ki, Afrikada indiyədək cəmi 12 milyon insan koronavirusa qarşı tam peyvənd olunub. Bu isə qitə əhalisinin bir faizindən də aşağı göstəricidir. ÜST vaksinasiya kampaniyasının tədricən vüsət aldığını da açıqlayıb. Ötən beş gün ərzində qitədə beş milyondan artıq peyvənd dozası tətbiq olunub. Öncəki üç həftə ərzində isə həftəlik göstərici cəmi 3,5 milyon doza olub.

ÜST-ün məlumatına görə, Konqo Respublikası, Namibi­ya və Uqandada pandemiya başlayandan bəri ən yüksək yoluxma halları qeydə alınır. Cənubi Afrikada havaların soyuması və koronavirusun daha yoluxucu variantlarının geniş yayılması yoluxmaların artmasına əsas səbəb kimi göstərilir. Afrikada indiyədək koronavirusun Delta varian­tının 14 ölkədə, Alfa və Beta variantlarının isə 25 ölkədə yayıldığı təsdiqlənib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

19 İyun 2021 01:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə