Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaltada güclü daşqın

Kerç şəhərindən sonra Yalta şəhərinə yağan güclü yağışlar daşqına səbəb olub. Çaylar məcrasından çıxıb. Nəticədə Yalta şəhərini su basıb. Şəhərin meri Yanin Pavlenko bildirib ki, daşqın o qədər güclüdür ki, şəhərdəki evlərin birinci mərtəbələri, yeraltı keçidlər, zirzəmilər su altında qalıb. Nəqliyyatın hərəkəti iflic olub.

TASS-ın məlumatına görə, Yaltaya iyunun 18-də aylıq norma miqdarında yağıntı düşüb ( aylıq yağıntının miqdarı 42 mm-dir). Sinoptiklər bildiriblər ki, güclü yağışlar hələ bir neçə gün davam edəcək.

Şəhərin işıqsız qalma təhlükəsi var. Yaltaya giriş-çıxış bağlanıb. Şəhər merinin tapşırığına əsasən əhali təhlükəsiz yerə evakuasiya ediləcək.

Yaranmış vəziyyətlə əlaqədar Krım yarımadasında fövqəladə vəziyyət elan edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

19 İyun 2021 01:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə